Uşaqlar hansı yaşda maska taxmalıdır? – ÜST-dən TÖVSİYƏbackend

Uşaqlar hansı yaşda maska taxmalıdır? – ÜST-dən TÖVSİYƏ

Uşaqların tibbi maska taxıb-taxmamaları, bunun neçə yaşdan mümkünlüyü tez-tez müzakirəyə səbəb olur. 

Hokm.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) müştərək tövsiyələr hazırlayıblar.

Həmin tövsiyələr ÜST-ün rəsmi saytında yerləşdirilib.

Bildirilir ki, təşkilatlar koronavirus pandemiyası ilə əlaqədar beş yaşdan kiçik uşaqlardan maska taxılmasını tələb etməməyi məsləhət görür. Bu, uşağın təhlükəsizliyinə, ümumi maraqlarına, eləcə də maskanı lazımi qaydada istifadə etmək qabiliyyətinə əsaslanır.

Eyni zamanda, hər iki təşkilat 6-11 yaşlarında olan uşaqlar üçün bir neçə amili nəzərə almağı tövsiyə edir. Bu amillər maskanı etibarlı və düzgün istifadə etmək, yaşadığı yerdə virusun yayılması səviyyəsidir.

12 yaşdan yuxarı uşaqlar üçün maskadan istifadə tövsiyə edilir.

  •  (0)
  •  (0)