Uşaqlar arasında YENİ VİRUS: gözləri, qulaqları…backend

Uşaqlar arasında YENİ VİRUS: gözləri, qulaqları…

“Son dövrlərdə xüsusən də son 1 ayda uşaqlar arasında konyunktivlər (göz qızartıları) artıb. Gözlərin hiperimiyası artıb. Bunun da səbəbi onun virus mənşəli olmasıdır”. 

Hokm.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında pediatr Qoşqar İsmayılov deyib.

O bildirib ki, belə virusların aktivləşməsi hava şəraiti ilə bağlıdır:

 

“Xüsusən də hava şəraitinə, iqlimdə olan qlobal dəyişikliklə bağlı olaraq müəyyən virusların aktivləşməsi nəticəsində gözlərdə, qulaqlarda və əsnəkdə qızartılar yaranır”. 

Onun sözlərinə görə, uşaqlarda göz qızartıları iki formada gedir:

“Konyunktivlər allergik və virus formasında gedir. Allergik konyunktivi daha çox allergiyası olan uşaqlarda olur. Onun müalicəsi pediatr, allerqoloq tərəfindən aparılır. Virus konyunktivlərində isə uşaqda mədə-bağırsaq problemlərinə, nazafaringit əlamətlərinə baxılır. Və ona uyğun da pediatr tərəfindən müalicə aparılır”. 

 

  •  (0)
  •  (0)