Uşaqlar arasında yayılan kütləvi xəstəlik “Delta”-dır? – Pediatrdan AÇIQLAMAbackend

Uşaqlar arasında yayılan kütləvi xəstəlik “Delta”-dır? – Pediatrdan AÇIQLAMA

Son vaxtlar uşaqların koronavirusa yoluxması ilə bağlı media orqanlarında və sosial şəbəkələrdə məlumatlar yayılmaqdadır.

Məlumdur ki, Azərbaycanda indiyədək uşaqların yoluxma halları ilə bağlı rəsmi məlumatlar verilməyib. Həmçinin mətbuatda çıxış edən tibb işçiləri yaxın vaxtlara qədər şəxsi təcrübələrində bu cür hallarla üzləşmədiklərini bildiriblər.

İndi isə görünür vəziyyət dəyişib və bu durum təşviş doğurmaqdadır.Həkim pediatr Aytən İsmayılzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda xəstə uşaqların sayı həddindən artıq çoxdur:

“Qusma, ishal, hərarət əlamətləri ilə hər gün dəfələrlə muraciətlər daxil olur. Biz onları virus infeksiyası kimi simptomatik mualicə edirik. “Delta” ştamı ancaq Milli Hematologiya və Transfuziologiya Mərkəzində yoxlanılır. Ora adətən uşaqları delta ştamına görə göndərmirik. Bizə, pediatr kimi uşaqların sağalması lazımdır, ona da nail oluruq. Şukur ki, uşaqlar xəstəliyi ağır keçirmirlər”.

Aytən İsmayılzadə bununla belə bildirib ki, Səhiyyə Nazirliyi yayılan virusun “Delta” ştamı və ya COVID-19-un digər ştamı olub-olmadığını aydınlaşdırmaqda maraqlı olmalıdır:

“Əlamət olan hər uşaqdan analiz götürülməlidir ki əlimizdə yalançı statistika olmasın. Təcili yardım stansiyalarında da deyilir ki, yalnız hərarəti olanlardan analiz götürülür. Bu doğru deyil. Hər şubhəli əlamətə görə uşaqlardan yaxma göturulməlidir ki gələcəkdə hansısa fəsadları əlaqələndirə bilək”.

Pediatr hələ ki xususi ağırlaşma hallarının olmadığını qeyd edib və “daha sonra necə olacağını bilmirik” – deyə, əlavə edib.

Şəxsi təcrübənizə əsasən necə, həmin uşaqların COVID-ə yoluxduğunu ehtimal edirsiz?

“Əlbəttə” deyən Aytən İsmayılzadə bildirib: “Bir neçəsini yoxlamaya göndərmişik və cavab pozitiv çıxıb. Bu əsasən digər üzvləri də yoluxan ailələrin uşaqları olur”.

  •  (0)
  •  (0)