Uşaq xəstəxanasına gedən 450 metrlik yol neçə ay bağlı qalacaq? – VİDEObackend

Uşaq xəstəxanasına gedən 450 metrlik yol neçə ay bağlı qalacaq? – VİDEO

Bakıda çoxlarının Statistika dairəsi kimi tanıdığı ərazidən üzü OMD-yə yəni, Elmi-Tədqiqat Pediatriya İnstitutuna düşən küçədə düz yarım ilə yaxındır ki, təmir işləri gedir. Bəsti Bəkirova adlanan bu küçənin bağlanması onsuz da yüklü olan küçələrdə tıxacları artırmaqla bərabər burdan keçən vətəndaşlarımızı da çıxılmaz duruma salıb.
Onlar təmir işləri zamanı yolun daraldılmasından da narazılıq edirlər.
Ərazidə yaşayan sakinlər də təmir-tikinti işlərinin bu qədər uzanmasından narazırdırlar. Onlar sakitliyin pozulması ilə bərabər, həmin yerdə səhər-axşam yaranan toz-dumandan nəfəs ala bilmədiklərini söyləyir.
Bundan başqa ərazidə ticarət köşkləri, kafe və restoranlar da fəaliyyət göstərir. Mülk sahibləri təmir  işlərinin bu qədər uzanmasının onların qazancına da əhəmiyyətli təsir etdiyindən gelieylidirlər.
Ən acınacaqlı durum isə tam bu küçədə yerləşən, Elmi-Tədqiqat Pediatriya İnstitutununa, uşaq xəstəxanasına aiddir. Həm buaradakı körpələrin sağlamlığı, həm də xəstə uşağı ilə bu xəstəxanaya üz tutan valideyinlər üçün əngəllər yaranır.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Mətbuat katibi isə işlərin yubanmasında başqa qurumlardan şikayət etdi.
Maraqlısı isə odur ki, 450 m məsafəlik yol aylardır qurumların normal koordinasiya oluna bilməməsindən istifadəyə verilmir.
Fakt yerindən hazırlanan reportajı təqdim edirik:
bizim.media
  •  (0)
  •  (0)