“Uşaq pulu” ilə bağlı MÜHÜM XƏBƏRbackend

“Uşaq pulu” ilə bağlı MÜHÜM XƏBƏR

“Uşaq pulu” ilə bağlı MÜHÜM XƏBƏR…..

Hokm.az bildirir ki,  aprelin 24-də keçirilən plenar iclasda deputat Əli Məsimli uşaq pulunun yenidən bərpa edilməsini təklif edib. Karantin rejim bitdikdən sonra Azərbaycanda uşaq pulunun bərpası mümkündürmü?

 

Deputat Tahir Kərimli bildirib ki, hər bir azərbaycanlı vətəndaş uşaq pulunun bərpasını istəyir: “Ona görə də düşünürəm ki, uşaq pulu yenidən bərpa edilməlidir. Ola bilsin ki, burada da ədalətsizlik olsun. Varlı ailələr də uşaq pulu alsın. Amma buna baxmayaraq, uşaq puluna keçərək biz korrupsiyanın qarşısını ala bilərik. Ona görə də bu məsələ Milli Məclisdə dəfələrlə qaldırılıb. Məndə olan məlumata görə dövlət bu məsələnin üzərində işləyir. Yaxın zamanlar da bu barədə qərar qəbul edilə bilər. Sadəcə koronavirus məsələsi ortaya çıxdığına görə təxirə salındı. Çünki sosial yardım vermək daha zəruri oldu. Karantin rejim bitdikdən sonra uşaq pulu ilə bağlı hər hansı bir qərar verilə bilər. Amma qərarın hansı istiqamətdə olacağını bilmirəm”.Sonxeber

  •  (1)
  •  (0)