Uşaq evində böyüdü, vətənin müdafiəsinə könüllü yollandı – İbrahim Abzatovu tanıyaq – VİDEObackend

Uşaq evində böyüdü, vətənin müdafiəsinə könüllü yollandı – İbrahim Abzatovu tanıyaq – VİDEO

Vətən anadır, vətən ailədir. Biz bu ifadələri həmişə işlədirik, amma biri var ki, bu vətən torpağı ona doğrudan ana olub. Vətən müharibəsinin könüllü iştirakçısı İbrahim Abzatov dövlətin himayəyə götürdüyü, uşaq evində böyüyən gənclərimizdəndir. Müharibə başlayanda heç nə düşünmədən könüllü şəkildə vətənin müdafiəsinə yollanıb. Özü də deyib ki, mənə analığı da, atalığı da bu vətən edib. İndi onun borcundan çıxmaq vaxtıdır.
Cəmi 10 ay valideyn sevgisi görən, həyatının qalan hissəsində atası da, anası da Vətən olan bir igidimizi tanıdacağıq sizə. Uşaq evində böyüyüb İbrahim. Anasından “oğul” kəlməsini duymaq ona qismət olmayıb, çünki nitq qüsurlu olan anası onu 10 aylığında körpələr evinə verib. O isə həyata inad, kimsəsizlər evindən damarlarına qədər işləyən Vətən sevgisi ilə çıxıb… Elə onu cəbhəyə getməyə vadar edən də bu sevgi olub..
Dəfərlərlə hərbi komissarlığa müracət etməsinə baxmayaraq, onu müharibəyə aparmaqdan imtina ediblər. Lakin İbrahim israr edərək, Vətənin müdafiəsinə yollanıb.
O, qızı dünyaya gələndə ona bir söz verib, “mən dünyanın ən gözəl atası olacağam” deyib. Sonra isə qızını və özü kimi uşaq evində böyüyən həyat yoldaşını tək qoyub müharibəyə yollandıb. Bu dəfə isə “Vətən məni çağırır” deyib.
Sən narahat olma, İbrahim, bu davranışınla, mərdliyinlə həm balaca Əminəyə ən gözəl ata, həm də Vətənə layiqli övlad olduğunu sübut elədin. İndi sən həm dünyanın ən gözəl atası, həm də Vətənin gözəl övladısan!
  •  (0)
  •  (0)