Ürəyin işinə mənfi təsir edən vərdişlərbackend

Ürəyin işinə mənfi təsir edən vərdişlər

Balanslı pəhriz və nizamlı məşqlər ürəyin sağlam olması üçün vacibdir. Bununla birlikdə, bəzi vərdişlər var ki, onlar ürəyin işinə mənfi təsir edir.

Hokm.az xəbər verir ki, bu gündəlik vərdişlərdən xilas olmaq qaçılmaz görünür, ancaq sözün əsl mənasında ciddi fəsadları ortaya çıxa bilər.

Passiv həyat tərzi

Kompüter masasının başında, ofisdə monoton iş, evdə oxşar şəraitdə işləmək – təəssüf ki, bütün bunlar müasir həyat tərzinin reallıqlarıdır. Bəzən gərgin iş günündən sonra güc qalmır. Tədqiqatın nəticələri məyus edir: oturaq həyat tərzi ürək çatışmazlığı riskini ikiqat artırır.

Qalxın və hər saat ən az beş dəqiqə gəzin. Bu sadə texnika qan axınını normallaşdıracaq və damarların elastik qalmasını təmin edəcək.Publika.az

  •  (0)
  •  (0)