Ünvanlı dövlət sosial yardımın məbləği artdı – RƏSMİbackend

Ünvanlı dövlət sosial yardımın məbləği artdı – RƏSMİ

Orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın (ÜDSY) məbləği artıb.

Hokm.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin mart ayında orta hesabla 1 ailəyə ödənilən ÜDSY-nin məbləği artaraq, 246,5 manatdan 298,9 manata çatıb.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,2% artım deməkdir.

  •  (0)
  •  (0)