Universitetin kafedra dosenti vəfat etdi – FOTObackend

Universitetin kafedra dosenti vəfat etdi – FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)“Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasında dosenti vəfat edib.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, bu vəzifədə çalışmış Fəridə Məmmədova 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 100-ə yaxın elmi əsərin, 16 dərslik və dərs vəsaiti, 2 ixtiraçılıq patenti, məqalə və yerli və Beynəlxalq konfranslarda məruzələrin müəllifidir.

Texnika elmləri namizədi olmuş F.Məmmədova 2001-ci ildən “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasında dosenti vəzifəsində çalışıb.

  •  (0)
  •  (1)