Azərbaycanda artıq bir neçə dəfə müşahidə olunub ki, xırda pul vahidləri xüsusilə 1, 3 və 5 qəpik metal pullarını götürməkdən bir çox kommersiya müəssələri imtina edir. Xüsusi ilə supermarketlərdə qarşılaşdığımız hallarda isə xırda pul nominalları əhali qəbul etmir səbəb isə bəlidir, qəbul edən yerlər ya azdır ya yoxdur.
Hokm.az xəbər verir ki, bu dəfə müşahidəmizdən yayınmayan hadisə isə “Unibank” tərəfindən olunub, beləki bankın müştərisi hesabına pul mədaxil etmək üçün banka yaxınlaşıb və 550 manat dəyərində olan 50 qəpikliy metal pul ilə təqdim edib. Bankın göstərdiyi reaksiya isə inanıram ki bizi heyrətləndirməyə vadar edir.
Şikayətçi “Əfqan Tahiroğlu”-nun yazısını sizlərə olduğu kimi təqdim edirik.
Salam. Deməli o gün unibanka getdim ki hesabıma pul qoyum. 550 manatım var hamısı 50 qəpikdi. Kassada oturan başdadı ki bizdə tərəzi yoxdu. Saya bilmərik falan. Yığdım şikayət elədim. Qız deyir ki gedin maqazində bütövləşdirin məsləhətdə verdilər sağolsunlar)) Hansı bankda bütövləşdirə və yaxud hesabıma pulu qoya bilərəm?
“Unibank”ın unutduğu məqam:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin 3-cü bəndinə əsasən Mərkəzi Bankın tədavülə buraxdığı pul nişanları, o cümlədən metal pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir
Məsələ ilə bağlı qarşı tərəfi dinləməyə hazırıq.
















