Umayra Tağıyeva: “Qarabağda 13 məntəqədə avtomatlaşdırılmış hidroloji stansiyaların təqbiqi planlaşdırılır”backend

Umayra Tağıyeva: “Qarabağda 13 məntəqədə avtomatlaşdırılmış hidroloji stansiyaların təqbiqi planlaşdırılır”

“Qarabağ ərazisində yerləşən çaylarda hidroloji müşahidə şəbəkəsi bərpa olunacaq”.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi mediatur çərçivəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, işğaldan əvvəl Qarabağda su obyektlərində 17 məntəqədən ibarət və 100 illik tarixə malik olan müşahidə şəbəkəsi fəaliyyət göstərib:

“Qeyd edim ki, Qarabağın sıx çay şəbəkəsi mövcuddur. Bu çayların Qarabağın və ölkənin digər rayonlarının kənd təsərrüfatı kompleksi üçün böyük əhəmiyyəti var”.

U. Tağıyeva əlavə edib ki, yaxın 4-5 il ərzində Qarabağda 13 məntəqədə müasir avtomatlaşdırılmış hidroloji stansiyalarının tədbiqi planlaşdırılır:

“Stansiyalar Tərtərçay, Xaçınçay, Qarqarçay, Levçay, Köndələnçay, Zabuxçay, Bərgüşadçay, Oxçuçay, Bəsitçay və Araz çayında quraşdırılacaq”.oxu.az

  •  (1)
  •  (0)