“Ulu Öndərin ideyaları alternativsizdir”backend

“Ulu Öndərin ideyaları alternativsizdir”

Ümummilli Liderin 100 illiyi ilə bağlı cənab Prezident İlham Əliyevin Şuşada bəyanatı tarixi hadisədir. Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Şuşada bir çox yaşayış məntəqələrinin, küçələrin əsasının qoyulması, bir çox açılışların olması, Qarabağda bir çox rayonlarda kəndlərin əsasının qoyulması Ulu Öndər Heydər Əliyev ideyalarına ən böyük sədaqətdir. Cənab Prezident bununla Heydər Əliyevin ruhuna böyük ehtiram göstərdi.

Bu sözləri Herbiand.az-a “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib.

“Heydər Əliyev qurucu lider olub, sovetlər dövründə də Azərbaycanı müasirləşdirib, tikib, qurub, ön sıralara gətirib və bunu cənab Prezident xüsusi olaraq qeyd etdi. Bütün sahələrdə Azərbaycanı inkişaf elətdirib. Müstəqillik dövrünün əsasını qoyub. Həm kadrların hazırlanması baxımından, həm sənaye-kənd təsərrüfatı baxımından. Azərbaycanın inkişaf etməsini, sovetlər birliyində ön sıraya çıxmasını, tanınmasını təmin edib. Cənab Prezident müstəqil Azərbaycan dövlətinin qurulması, güclənməsi, Azərbaycan Konstitusiyasının qurulması, Azərbaycanın bir milyona qədər məcburi köçkününün olduğu bir zamanda, torpaqların işğal olduğu bir zamanda Azərbaycanın müstəqilliyinin əbədi etməsi, dövlət strukturlarının qurulması, xaricdə tanıtması, Azərbaycan Ordusunun qurulması baxımından mühüm xidmətlər etdiyini bir daha xatırladıb.

İlham Əliyev bəyan etdi ki, Azərbaycan xalqı böyük zəfər qazanaraq Heydər Əliyev yolu ilə irəli gedir və Heydər Əliyev yolu alternativsizdir.

Şuşadakı bu bəyanatın tarixi əhəmiyyəti var. O binanın qarşısından 8 noyabr 2020-ci ildə Azərbaycan hərbçiləri cənab Prezidentə raport veriblər, Azərbaycanın üçrəngli bayrağını qaldırıblar və Şuşanın Azərbaycanın baş tacı olduğunu, mədəniyyətimizin beşiyi olduğunu, Azərbaycanın qürur mənbəyi olduğunu xüsusi olaraq qeyd ediblər. Bu Azərbaycan tarixi üçün çox böyük əlamətdar bir hadisədir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğu istiqamətində çox böyük addımlar atılıb. Xüsusilə Qarabağın işğaldan azad edilməsi, güclü ordu qurulması, iqtisadiyyatımızın güclənməsi, Azərbaycan gənclərinin xaricdə təhsil alması və digər bütün sahələrdə Heydər Əliyev siyasəti zəfər çalıb və İlham Əliyev bu bəyanatı Ali Baş Komandan kimi, cənab Prezident kimi Şuşadan, məhz özünün dediyi kimi xalqa müraciət etməsi Azərbaycanın siyasi, hərbi tarixində böyük bir tarixi hadisədir, böyük zəfərdir. İlham Əliyev qalib sərkərdədir və qalib bir ordunun Ali Baş Komandanıdır, qalib bir xalqın lideridir, prezidentidir və Heydər Əliyev siyasətinin ən layiqli davamçısıdır.

Heydər Əliyev ilində keçirilən tədbirlərin dünyanın hər bir yerində, o cümlədən Azərbaycanda çox böyük əhəmiyyəti var. Həmin günlərdə Heydər Əliyev Fondunun Şuşada, Cıdır düzündə Xarı Bülbül festivalını keçirməsi də çox böyük bir tarixi hadisədir. Ölkə başçısının bu tədbirlərdə iştirakı və Şuşada belə böyük açılışlar etməsi, qısa müddətdə Qarabağın abadlıq, quruculuq işləri Ulu Öndər ideyalarının bir daha alternativsiz olduğunu göstərir”.

  •  (5)
  •  (3)