“Ukraynanın Rusiyaya hücumu qanunidir” – Britaniya kəşfiyyatıbackend

“Ukraynanın Rusiyaya hücumu qanunidir” – Britaniya kəşfiyyatı

“Ukraynanın Rusiyadakı obyektlərə hücumu tamamilə qanunidir”.

Hokm.az Redaktor.az-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın silahlı qüvvələr naziri Ceyms Xippi “Times radio”ya müsahibəsində bildirib.

“Məsələ burasındadır ki, Ukrayna öz sərhədləri daxilində dinc yaşayan suveren dövlət idi. Başqa bir ölkə 130 minlik qoşunu ilə onun sərhədlərini pozmaq qərarına gəlib. Bu, Ukrayna ilə Rusiya arasında müharibənin başlamasının əsasını qoydu. Ukrayna rəqibin logistika xətlərinə, yanacaq ehtiyatlarına, sursat anbarlarına, dərinliyindəki obyektlərə zərbə endirməlidir. Bu, müharibənin bir hissəsidir”, – o deyib.

Krallığın müdafiə naziri Ben Uolles isə vurğulayıb ki, Böyük Britaniya Ukraynanın Qərbin silahı ilə Rusiya ərazisinə hücumuna qarşı çıxmayacaq.

  •  (0)
  •  (0)