Ukraynalı ombudsman Saakaşvilinin yanına buraxılmadıbackend

Ukraynalı ombudsman Saakaşvilinin yanına buraxılmadı

Ukrayna ombudsmanı Lyudmila Denisovanın həbsdə olan eks-prezident Mixail Saakaşvilini ziyarət etmək istəyi Gürcüstan tərəfindən rədd edilib.

Hokm.az Unikal.org-a  istinadən  xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.

“Gürcüstan qanunvericiliyinə əsasən, Ukrayna ombudsmanının ölkə həbsxanasına səfər etməsi nəzərdə tutulmur”, – deyə Breqadze bildirib.

Qeyd edək ki, Denisova həbsxanada Saakaşviliyə baş çəkmək və Gürcüstanın keçmiş liderinin şəraiti ilə tanış olmaq üçün bazar ertəsi Tiflisə gəlib

  •  (0)
  •  (0)