Ukraynalı deputat ölü tapıldıbackend

Ukraynalı deputat ölü tapıldı

Ukrayna parlamentinin deputatı, “Gələcək uğrunda” fraksiyasının üzvü, 33 yaşlı Anton Polyakovun meyiti Kiyevin Dnepropetrovsk rayonunda aşkar edilib.

Hokm.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Ukrayna parlamentinin oktyabrın 7-də istefaya göndərilən sədri Dmtri Pazumkov sosial şəbəkədə yazıb.

Məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır, cinayət işi başlanılıb.

Deputatın qətl edildiyi ehtimal olunur.

  •  (0)
  •  (0)