Ukraynadan təxliyə olunan Milli Qəhrəmanımızın ailəsi Bakıya yola salındı – VİDEObackend

Ukraynadan təxliyə olunan Milli Qəhrəmanımızın ailəsi Bakıya yola salındı – VİDEO

Azərbaycanın Ukrayna əsilli Milli Qəhrəmanı Viktor Seryoginin ailəsi Moldovanın paytaxtı Kişinyovdan Bakıya yola salınıb.

 

Kişinyov Beynəlxalq Hava Limanında Milli Qəhrəmanın ailəsinin Bakıya yola salınmasında Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov və səfirliyin əməkdaşları iştirak ediblər.

 

Onlar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə qaynar nöqtə hesab edilən Xarkov şəhərindən təxliyə edilərək martın 12-dən Kişinyov şəhərinə yerləşdirilib. Milli Qəhrəmanın həyat yoldaşı müalicə olunmaq üçün səfirlik tərəfindən xəstəxanaya yerləşdirilib, ailəyə hər cür diqqət və qayğı göstərilib.

 

Milli Qəhrəmanın qızı Oksana Seryogina bildirib ki, Azərbaycanın dövlət başçısı bu çətin dövrdə də onların yanında oldu və Prezident İlham Əliyevin tapşırığı ilə qaynar nöqtədən təxliyə olunmaqlarına yardım edildi.

 

“Bu həssas münasibətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm”, – deyə Oksana Seryogina əlavə edib.Azərtac

 

  •  (1)
  •  (0)