Ukraynada “Zoom”la evlənməyə icazə verilibbackend

Ukraynada “Zoom”la evlənməyə icazə verilib

Ukrayna Ədliyyə Nazirliyi müharibə dövründə nikah prosedurunu sadələşdirib və nikahı onlayın qaydada – “Zoom” proqramı vasitəsilə rəsmiləşdirməyə icazə verib.

“Report”un xəbərinə görə, bunu ölkənin ədliyyə nazirinin müavini Valeriya Kolomiets bildirib.

“İndiki şərait ona gətirib çıxarır ki, insanların bəzən gözləmək imkanı olmur. Çünki biz hamımız elə şəraitdə oluruq ki, sabah və hətta bu gecə axşam nə olacağını bilmirik. Ona görə də indi müraciət etmək və nikahı bir gündə rəsmiləşdirmək mümkündür. İstəklərini bildirmiş insanlar gün ərzində evlənə bilərlər”, – o söyləyib.

Nazir müavininin sözlərinə görə, nikahın qeydiyyatı hərbi əməliyyatların olmadığı ərazidə qeydiyyat idarəsinin istənilən orqanında aparıla bilər. Müəyyən şərtlər daxilində nikahları təkcə qeydiyyat idarəsinin əməkdaşları deyil, həm də polis və hərbçilər də qeydiyyata ala bilər.

V.Kolomiets qeyd edib ki, ölkəni müdafiə edənlər üçün məsafədən evlilik də nəzərdə tutulub.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri, 22 000 ukraynalı cütlük evlənib. Əvvəlki dövrlərlə müqayisədə nikaha daxil olma halları artıb.

  •  (0)
  •  (0)