Ukraynada təyyarə qəzasında pilot və sərnişin yaralandıbackend

Ukraynada təyyarə qəzasında pilot və sərnişin yaralandı

Ukraynanın Çernoviç vilayətində “Bekas” tipli yüngülmotorlu təyyarə qəzaya düşüb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təyyarə Poqorelovka Zastavnivsk kəndinin yaxınlığında boş sahəyə düşüb.

İnsident nəticəsində pilot və sərnişin xəsarət alıb.

Yaralı şəxslər xəstəxanaya yerləşdiriliblər.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Hokm.az

  •  (0)
  •  (0)