Ukraynada Şuşa Günləri keçiriləcəkbackend

Ukraynada Şuşa Günləri keçiriləcək

Yaxın aylarda Ukraynanın Kamenets-Podolski şəhərində Şuşa Günlərinin keçirilməsi planlaşdırılır.

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansından Hokm.az-a verilən məlumata görə, Alyansının rəhbəri Elmar Məmmədov bildirib ki, Ukraynada Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə əlaqədar tədbirlərin keçirilməsi üçün şəhər rəhbərliyi ilə razılıq əldə olunub:

“Kamenets-Podolski və Şuşa şəhərləri, ilk növbədə, qalalarının olması ilə çox oxşardır. Buna görə də tədbir zamanı Kamenets-Podolski qalasının divarlarında “Şuşa” yazısı olan pankart asılacaq. Tədbirin qonaqlarına Azərbaycan mədəniyyəti, tarixi və mətbəxi təqdim olunacaq.

Alyans sədri kimi Ukrayna ərazisində yaşayan azərbaycanlıların öz Vətənlərinin qüdrətini hiss etmələri üçün əlimdən gələni edəcəyəm. Bayram yüksək səviyyədə keçəcək”.

  •  (0)
  •  (0)