Ukraynada Su-25-in vurulması nəticəsində rusiyalı general həlak olub – FOTObackend

Ukraynada Su-25-in vurulması nəticəsində rusiyalı general həlak olub – FOTO

Ukraynada gedən döyüşlərdə daha bir rusiyalı general öldürülüb.

Bu barədə BBC-nin Rusiya xidməti ölən generalın əməkdaşlarına istinadən məlumat yayıb.

General-mayor Kanamat Botaşev Rusiyanın döyüşlərdə ölən ən yüksək rütbəli pilotu olub. Onun idarə etdiyi Su-25 təyyarəsi mayın 22-də Luqansk səmasında vurulub. General katapult edə bilməyib. Ukrayna hərbçiləri təyyarənin vurulmasında “İqla” raket sistemindən istifadə edib. Qeyd olunur ki, ehtiyatda olan generalın döyüşlərə cəlb olunması rusiyalı pilotların qarşısında qoyulan tapşırıqların çətinliyindən və ya ölkədə ixtisaslı kadrların çatışmazlığından irəli gəlib.

Belə ki, general-mayor Kanamat Botaşev 2012-ci ildə istefaya göndərilib. O, Petrozavodsk yaxınlığında Su-27 təyyarəsinin yerə çırpılmasında ittiham olunub. General polkovnik olan dostundan Su-27 təyyarəsində uçmaq istəyib. Lakin onun buna icazəsi olmayıb. Uçuş zamanı general pilotaj fiquru icra etməyə cəhd göstərib, ancaq öhdəsindən gələ bilməyib. Nəticədə qəza baş verib, pilotlar katapult edərək sağ qalıblar.oxu.az

  •  (0)
  •  (1)