Ötən gün axşam saatlarında Ukraynanın Odessa şəhərində yerləşən ruhi dispanserdə yanğın baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər ölüb.
Ölənlərdən birinin tibb bacısı olduğu bildirilir. Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Faktla bağlı araşdırma aparılır.
Hokm.az
















