Ukraynada neçə mülki şəxs öldürülüb? – RƏSMİ AÇIQLAMAbackend

Ukraynada neçə mülki şəxs öldürülüb? – RƏSMİ AÇIQLAMA

Ukrayna Ordusu 40 hərbçisini itirib, dinc sakinlər arasında 10-a qədər ölən var.

Hokm.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofis rəhbərinin müşaviri Oleksiy Arestoviç açıqlama verib.

O Xarkov şəhəri yaxınlığında şiddətli döyüşlərin getdiyini, Ukrayna Ordusunun Rusiyanın tank bölmələrinin hücumunu dəf etdiyini söyləyib.

—————-

12:00

Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşenko Rusiyanın hücumları nəticəsində həyatını itirən və yaralanan ukraynalıların sayını açıqlayıb.

Anton Geraşenko bu barədə məlumatı özünün “Facebook” səhifəsində yerləşdirib.

Rəsmi məlumatda qeyd olunur ki, Odessa vilayətinin Podolsk şəhərinə edilən hava hücumları nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb. 19 nəfər itkin düşmüş hesab edilir.

Donetsk vilayətinin Mariupol şəhərinin atəşə tutulması nəticəsində isə bir mülki şəxs ölüb, iki nəfər yaralanıb.

Konotop rayonunda isə minik avtomobili atəşə tutulub, nəticədə ana və onun azyaşlı uşağı müxtəlif dərəcəli bədən xəsarəti alıblar.oxu.az

  •  (0)
  •  (0)