Ukraynada məktəb bombalandı – 60 nəfər öldübackend

Ukraynada məktəb bombalandı – 60 nəfər öldü

Mayın 7-də Rusiya Ordusunun Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində məktəbə endirdiyi aviazərbə nəticəsində 60 nəfər ölüb.

Hokm.az xəbər verir ki, bunu Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday “Telegram”-da paylaşımında bildirib.

Aviazərbədən əvvəl məktəbin zirzəmisində 90 nəfər olub. Xilasedicilər dağıntılar altından 7-i yaralı olmaqla, 30 nəfəri evakuasiya ediblər. Sergey Qayday qeyd edib ki, böyük ehtimalla, dağıntılar altında qalan 60 nəfər ölüb.unikal

  •  (0)
  •  (0)