Ukraynada Azərbaycan prezidentinə həsr olunmuş markanın buraxılmasından 2 il ötürbackend

Ukraynada Azərbaycan prezidentinə həsr olunmuş markanın buraxılmasından 2 il ötür

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin doğum gününə həsr olunmuş poçt markası buraxılmasından 2 il ötür . Bu barədə Hokm.az-a alyansın sədri Elmar Məmmədov məlumat verib.

«Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş poçt markası Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının təşəbbüsü ilə buraxılıb. Marka dövriyyəyə 2018-ci ildə buraxılıb», – deyə o bildirib.

Sədrin sözlərinə görə, poçt markası prezident İlham Əliyevin doğum gününə həsr olunub.

«Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının ali rəhbərliyinin Şurasında sözügedən markanın buraxılması ideyası yekdilliklə dəstəklənib. Poçt xidməti və onun ən vacib atributu olan poçt markası tarixən bütün dünyada dövlətin, onun müstəqilliyi və suverenliyinin ayrılmaz simvolları, Ukrayna ərazisində Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə markanın buraxılması isə Azərbaycanın strateji tərəfdaş kimi Ukrayna üçün önəmini bir daha təsdiq edir», – deyə E.Məmmədov qeyd edib.

O vurğulayıb ki, İ.Əliyevin savadlı diplomatik strategiyası sayəsində Azərbaycan dünya arenasında həm iqtisadi, həm də bir çox digər sahələrdə öz yerini möhkəm surətdə tutub.

Artıq 2 ildən çoxdur ki, İlham Əliyev adına həsr olunmuş marka dövriyyədədir.

Hokm.az

  •  (2)
  •  (1)