Ukrayna Prezidenti: “Atəşlə məni “salamlamaq” istəyiblər”backend

Ukrayna Prezidenti: “Atəşlə məni “salamlamaq” istəyiblər”

“Meşədən dostumun avtomobilinə atəş açmaqla məni “salamlamaq” zəiflikdir”.

Hokm.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski birinci müşaviri Sergey Şefirə sui-qəsdlə bağlı videomüraciətində bildirib.

“BMT Baş Assambleyasında çıxışımdan sonra paytaxta (Kiyevi nəzərdə tutur-red.) yola düşəcəyəm. Açığı, bunun (sui-qəsdi nəzərdə tutur – red.) arxasında kimin durduğunu bilmirəm. Hansı qüvvələr ola bilər? Daxili və ya xarici? Mən onları qüvvə saymıram. Çünki meşədən dostumun avtomobilinə atəş açmaqla məni “salamlamaq” zəiflikdir”, – V.Zelenski deyib.

O, cinayətkarlara, böyük maliyyə qruplarına qarşı mübarizədə, ölkə iqtisadiyyatında bərabər şəraitin yaradılmasında komandasının kursunun dəyişməz olduğunu, hadisənin bu prosesə təsir etməyəcəyini vurğulayıb.

Qeyd edək ki, sentyabrın 22-də Kiyev vilayətinin Lesniki kəndində naməlum şəxslər Ukrayna Prezidentinin birinci müşaviri S.Şefirin avtomobilini atəşə tutublar. Sürücü ağır yaralanıb, müşavirə heç bir xətər toxunmayıb.report

  •  (0)
  •  (0)