Ukrayna ordusu daha bir şəhəri azad etdibackend

Ukrayna ordusu daha bir şəhəri azad etdi

Ukrayna ordusu ötən gün Donetsk istiqamətində uğurlu əks-hücum əməliyyatı keçirərək Maryinka şəhəri üzərində nəzarəti bərpa edib.

Hokm.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Donetsk istiqamətində, Maryinka şəhəri yaxınlığında, qoşunlarımız əks-hücum əməliyyatı keçirib. Nəticədə düşmən itki verərək geri çəkilib. Müdafiə Qüvvələrinin bölmələri bu yaşayış məntəqəsi üzərində nəzarəti bərpa edib”, deyə məlumatda bildirilib.

Həmçinin rus ordusu Slobojan istiqamətində Xarkovun bir hissəsi tutulub, İzyum şəhərindən cənuba hücum cəhdləri edilir. Lakin Rusiya tərəfi uğur əldə edə bilməyib və itki verərək, əvvəldən tutduğu mövqelərə qayıdıb.Qaynarinfo

  •  (0)
  •  (0)