NATO Baş katibinin müavini Mirça Coana bildirib ki, Ukrayna xalqının və ordusunun cəsarəti, eləcə də Qərbin köməyi sayəsində Rusiyaya qarşı müharibədə qalib gələ bilər.
Hokm.az Sfera.az-a istinadən xəbər verir ki, Coana bu barədə Berlində Alyansın xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə deyib.
Onun sözlərinə görə, bu gün xarici işlər nazirləri Ukraynadakı son hadisələrə diqqət yetirəcəklər.
“Rusiyanın qəddar işğalı sürətini itirir və müttəfiqlərin və tərəfdaşların milyardlarla dollarlıq əhəmiyyətli dəstəyi – hərbi, maliyyə və humanitar dəstək sayəsində biz bilirik ki, Ukrayna xalqının və ordusunun cəsarəti sayəsində və bizim köməyimizlə bu müharibədə qalib gələcək”.