Ukrayna hücuma keçdi: Rusiyada dəhşətli partlayışbackend

Ukrayna hücuma keçdi: Rusiyada dəhşətli partlayış

Rusiyanın Bryansk vilayətinin Klintsı şəhərində dünən səhər saatlarında meydana gələn partlayışın ilk görüntüləri yayılıb.

Hokm.az bildirir ki, “Telegram”da yayımlanan görüntülər yaxınlıqdakı evlərdən birinin eyvanından çəkilib. Videoda partlayışdan sonra bazadan tüstünün qalxdığı görünür.

Sosial mediada yayılan başqa bir videoda isə partlayış yerindən görüntülər yer alıb. Hadisə nəticəsində ərazidə kraterin əmələ gəldiyi bildirilib. Şahidlər hərbi hissənin üzərində vertolyotun uçduğunu görüblər.

Yerli “Telegram” kanalı “Podslushano Klintsy” olayı “Hərbi bazanın və yaşayış kompleksinin bir hissəsinə top gülləsi dəydi” kimi xarakterizə edib.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz isə özünün “Telegram” kanalında 4 nəfərin yaralandığını, çoxlu evə ziyan dəydiyini bildirib.

Rus media qurumu “mk.ru”ya görə, partlayışdan sonra bölgədə elektrik və su kəsilib. Hadisənin Ukrayna hücumu səbəbindən yaşanıb-yaşanmadığına dair isə heç bir açıqlama verilməyib.

“Daily Mail” qəzeti isə partlayışı Ukraynanın törətdiyini yazıb. Qəzet baş verənləri,  “Ukrayna qarşılıq verdi: Kiyev erkən saatlarda rus sərhədində hərbi hissəni partlatdı” başlığı ilə təqdim edib.

  •  (1)
  •  (2)