Ukrayna Azərbaycandan narazı qalıb…backend

Ukrayna Azərbaycandan narazı qalıb…

Ukrayna Azərbaycanın avqustun 23-də Kiyevdə keçiriləcək Krım Platforması zirvə görüşünə getməməsindən narazıdır, Ukrayna rəsmi mənbələri mediaya deyib.

Ukrayna Xarici İşlər Nazirliyindən bildiriblər ki, Azərbaycan imtina barədə əvvəlcədən rəsmi Kiyevə xəbərdarlıq edib.

Anonim danışan Ukrayna diplomatları rəsmi Kiyevin bundan “məyus olduğunu” bildiriblər.

Azərbaycan Xarici İşlər Nazirliyindən məsələyə reaksiya almaq mümkün olmayıb.

Hökumətə yaxın millət vəkilləri Azərbaycanın bu qərarı barədə şərh verməkdən imtina ediblər.

Ukraynalı diplomatlar Azərbaycanın imtina etməsinin Rusiyanın təzyiqlərinin nəticəsi olduğunu və əsas təsir mexanizminin Dağlıq Qarabağ məsələsi və oradakı Rusiyanın sülhməramlı missiyası olduğundan şübhələnirlər.

Ukrayna Krım Platformasını Krımın necə qaytarılacağı ilə bağlı yeni strategiyası çərçivəsində qurur və Kiyevdə müstəqillik günündə keçiriləcək tədbirdə müzakirələr aparacaq.

Krım platforması nədir?

Krım Platforması Ukraynanın diplomatik təşəbbüsüdür və Krımın Rusiya tərəfindən ilhaqında beynəlxalq aləmin diqqətini çəkmək üçün koordinasiya mexanizmidir.

23 avqustda Krım Platformasının təsis görüşündə, ümumilikdə 44 dövlət və bir sıra beynəlxalq təşkilatlar təmsil olunacaq.

Oxumağa dəyər:   Malayziyada göyərtəsində Rusiya vətəndaşları olan tanker saxlanılıb

Onlardan 14-ü prezident və hökumət başçıları səviyyəsində təmsil olunacaq, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

“Krım platforması tərəfindən qəbul ediləcək bəyannamə digər dövlətlərin imzalaması üçün açıq olacaq”, – ukraynalı nazir deyib.

Tədbirdə iştirak edəcək dövlətlərin siyahısını dərc edən Ukrayna Xarici İşlər Nazirliyi bəzi strateji tərəfdaş hesab etdiyi ölkələrin qatılmadığını vurğulayıb.

Ukrayna hakimiyyətinin strateji tərəfdaş adlandırdıqları Azərbaycan və Çin Krım platformasında təmsil olunmayacaqlar..azerbaycan24.com

  •  (0)
  •  (0)