UEFA Çempionlar Liqasının formatını dəyişdi, qrup mərhələsi ləğv olundubackend

UEFA Çempionlar Liqasının formatını dəyişdi, qrup mərhələsi ləğv olundu

UEFA Çempionlar Liqasının formatını dəyişib.
Hokm.az xəbər verir ki, müvafiq qərar qurumun bu gün videokonfrans formatında keçirilən iclasında qəbul edilib.
“Deutsche Welle” nəşri 2024/25 mövsümündən başlayaraq ÇL-də qrup mərhələsinin ləğv olunacağını, komandaların ümumi sayının isə 32-dən 36-ya yüksəldiləcəyini yazıb. 36 komandadan 2-si yarışa Wild Card sistemi ilə buraxılacaq. Bu vəsiqə daxili çempionatda ÇL-ə viza ala bilməyən, amma turnirdə mühüm uğurlar əldə edən klublara veriləcək.
İsveçrə sistemi əsasında keçiriləcək yarışın ilkin final mərhələsində hər komanda 5-i səfərdə, 5-i evdə olmaqla 10 oyun keçirəcək. Bunun nəticəsində turnir cədvəli formalaşdırılacaq və ilk 8 yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. Digər 8 vəsiqə uğrunda 9-24-cü yerlər tutan komandalar pley-off formatında mübarizə aparacaq.
Xatırladaq ki, turnir 2024/25 mövsümünə qədər indiki formatda davam edəcək. Sfera.az
  •  (0)
  •  (1)