Bakı Olimpiya Stadionunda İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında final oyunu keçirilib.
Görüş “zadəganlar”ın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1.
00:38
Bakı Olimpiya Stadionunda İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında keçirilən Avropa Liqasının final oyununda daha 2 qol vurulub.
69-cu dəqiqədə “Arsenal”ın futbolçusu Aleks İvobi fərqi azaldıb. Lakin 72-ci dəqiqədə Eden Azar “dubl” edərək, yenidən fərqi 3-ə çatdırıb.
00:25
“Çelsi” Bakıda keçirilən UEFA Avropa Liqasının finalında böyük üstünlük əldə edib.
Oyunun 65-ci dəqiqəsində Eden Azar fərqlənib.
O, Oliviye Jiruya qarşı kobudluqdan sonra təyin edilən penaltini dəqiq yerinə yetirib – 3:0.
00:19
Bakıda keçirilən UEFA Avropa Liqasının finalında ikinci qol vurulub.
Oyunun 60-cı dəqiqəsində “Çelsi”nin sol cinahdan təşkil etdiyi hücum qolla nəticələnib.
Eden Azarın ötürməsini Pedro Rodriqes dəqiq zərbə ilə tamamlayıb.
00:11
Bakıda keçirilən UEFA Avropa Liqasının finalında hesab açılıb.
Matçın 49-cu dəqiqəsində “Çelsi”nin forvardı Oliviye Jiru başla fərqlənib.
00:09
Bakıda keçirilən UEFA Avropa Liqasının finalında ikinci hissəsi başlayıb.
İlk hissədə hesab açılmayıb.
İkinci 45 dəqiqədə də qalib bilinməsə, əlavə vaxt oynanılacaq. Orada da komandalardan heç biri qələbə hesabını təmin etməyi bacarmasa, qalib penalti seriyası ilə müəyyənləşəcək.
23:52
Bakıda keçirilən UEFA Avropa Liqasının birinci hissəsi başa çatıb.
İlk hissədə hesab açılmayıb. (report)
Hokm.az
















