Üçüncü doza vaksinasiya zəruri olacaq? – “Kütləvi yoluxmanın qarşısını ala bilməsək…”backend

Üçüncü doza vaksinasiya zəruri olacaq? – “Kütləvi yoluxmanın qarşısını ala bilməsək…”

Koronavirusun müntəzəm olaraq yenilənən ştammları bütün dünya üzrə yayılmaqda davam edir. Elə qonşu Türkiyədə də kod nömrəsi B.1.621, şərti adı “Mu” olan virus mutasiyası günü-gündən daha çox yayılır.
Bu isə öz növbəsində Delta ştammı kimi digər növlərin də Azərbaycanda yayılma ehtimalını artırır.
Maraqlıdır, virusun yeni ştammları kütləvi halda yayılarsa, koronavirusa qarşı vaksinin üçüncü dozasının tətbiqi zəruri ola bilərmi?
Məsələ ilə bağlı Sfera.az-a danışan Həbib Sahratov üçüncü dozanın tətbiqi ilə bağlı zərurətin yarana biləcəyini qeyd edib:

“Əgər iki dozadan sonra bədəndə yetərli qədər antitel yaranıbsa, üçüncü dozaya gərək yoxdur. Yəni, antitel bizi lazımınca qoruya biləcək. Yeni ştammların iki dozadan sonra təsiri ilə bağlı məsələ hələ ki, tədqiq edilməyib. Bu baxıman dəqiq nəsə demək olmaz. Əgər yeni ştammlara qarşı üçüncü dozanın vurulması effektiv təsir edərsə, o zaman üçüncü dozanın tətbiqi zəruri ola bilər”.

  •  (0)
  •  (0)