Ucarda şəhid gizir dəfn olunubbackend

Ucarda şəhid gizir dəfn olunub

Ucar rayonunda Vətən müharibəsində şəhid olmuş gizir Qarayev Namiq Qara oğlu dəfn edilib.

Hokm.az-ın məlumatına görə, o, bu gün Qazıqumlaq kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəhbərliyi, sakinlər iştirak edib.

Qeyd edək ki, Namiq Qarayev 1978-ci ildə Ucarın Qazıqumlaq kəndində anadan olub. O, 78 gün idi ki, itkin düşmüşdü.

Namiq Qarayev ailəli idi, iki övladı yadigar qalıb.Report

 

  •  (0)
  •  (0)