Ucarda minik və yük maşınları toqquşub: Ölən və yaralanan varbackend

Ucarda minik və yük maşınları toqquşub: Ölən və yaralanan var

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hokm.az-ın xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Pirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Göyçay rayon sakini, 1956-cı il təvəllüdlü Mübariz İbrahim oğlu Rəhimovun idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə Türkiyə vətəndaşı, 1982-ci il təvəllüdlü Gülsoy Serkanın idarə etdiyi yük maşını toqquşub.

Nəticədə sürücü M.Rəhimov aldığı ağır xəsarətlərdən ölüb. Maşında sərnişin qismində olan oğlu, 1984-ci il təvəllüdlü Elvin Rəhimov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.APA

  •  (0)
  •  (0)