Ucarda güclü YANĞIN: Ev sahibinin və oğlunun avtomobilləri də yandı – FOTObackend

Ucarda güclü YANĞIN: Ev sahibinin və oğlunun avtomobilləri də yandı – FOTO

Ucarda baş verən yanğında 2 avtomobil yanıb.

Hokm.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə səhər saatlarında rayonun Məmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb. Rayon sakini, 1957-ci il təvəllüdlü Aydın Əhəd oğlu Əhədova məxsus evə bitişik ümumi sahəsi 145 kv/m olan artırmada güclü yanğın baş verib. Yanğın zamanı ev sahibinin “Mercedes” markalı minik maşını, ev sahibinin oğlu, 1991-ci il təvəllüdlü Zamiq Əhədzadəyə məxsus “Hyundai” markalı avtomobil yanıb. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 3 texnikası cəlb olunub. Yanğın söndürülüb və ev də daxil olmaqla yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Fakt araşdırılır.

  •  (0)
  •  (0)