Üç yeniyetmə qız baxdığı filmin təsirinə düşdü və gecə ilə evdən qaçdılar ki…backend

Üç yeniyetmə qız baxdığı filmin təsirinə düşdü və gecə ilə evdən qaçdılar ki…

İstanbulda ötən gecə yoxa çıxan üç yeniyetmə qız parkda tapılıb.

Hokm.az Publika.az-a istinadla xəbər verir ki, qızlardan ikisi bacıdır, digəri isə onların rəfiqəsi olub. Onların hər üçü kinoteatrda Koreya istehsalı olan filmə baxdıqdan sonra adıçəkilən ölkəyə getmək qərarına gəliblər.

Pal-paltarlarını evdən götürdükdən sonra sahil səmtindəki parkların birində gecələyiblər. 11, 13 və 15 yaşlı qızların evdə olmadığını görən valideynlər polisə xəbər veriblər. Şəhərin təhlükəsizlik kameralarına düşən qızları polis elə gecələdikləri parkda aşkarlayıb. Yeniyetmələr ailələrinə təhvil verilib.

  •  (0)
  •  (0)