“Üç gün yaralı vəziyyətdə meşədə qaldıq” – VİDEObackend

“Üç gün yaralı vəziyyətdə meşədə qaldıq” – VİDEO

Əllərində bayraqlar və alqışlarla qarşılandı qazi.

İsmayıllı rayon, Kürtmaşı kənd sakini, 21 yaşlı Asif İsmayılov Vətən uğrunda döyüşən qəhrəman qazilərimizdən biridir. Asif Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa döyüşlərində iştrak edib. Döyüş müddətində fərqləndiyinə görə komandiri tərəfindən ailəsinə təşəkkür məktubları da göndərilib.

Asif Şuşa uğrunda gedən döyüşlərdə qrupu ilə hərəkət edərkən pusquya düşüb.

Həmin vaxt Asif də yaralanıb. O və bir neçə əsgər 3 gün meşədə yaralı vəziyyətdə qaldıqdan sonra xilas ediliblər.

Asifin qəhrəmanlıqları ən çox onun valideynlərini qürurlandırır.

Asif bir müddət evdə mualicə aldıqdan sonra yenidən hərbi hospitala qayıdacaq. Onun bədənində olan qəlpə həkimlərin məsləhətindən sonra əməliyyatla çıxarılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  •  (0)
  •  (0)