Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı aparıcısı olduğu ”Səni axtarıram” verilişində maraqlı açıqlama ilə çıxış edib.
Hokm.az ”Ölkə.Az”-a istinadla xəbər verir ki, teleaparıcı Xoşqədəm Hidayətqızı açıqlamasında bir neçə gün öncəyə qədər üç ailəyə hər ay maddi yardım etdiyini bildirib. Lakin artıq dünəndən həmin maddi yardımları dayandırdığını deyib. O verilişdə ”Pis insanlara görə artıq yaxşılıq etmək istəmirəm. Bunu ilk dəfə açıqlayıram. İndiyə qədər üç ailəyə hər ay maddi yardım edirdim. Artıq dünəndən maddi yardımımı dayandırmışam” sözlərini dilə gətirib.
















