“Twitter” Ceyhun Bayramovun hesabını blokladı, aksiya başladıldı – FOTObackend

“Twitter” Ceyhun Bayramovun hesabını blokladı, aksiya başladıldı – FOTO

Bu gecə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun “Twitter”i bloklanıb.

Hokm.az xəbər verir ki, sosial şəbəkə rəhbərliyi Azərbaycan hakimiyyətində təmsil olunan rəsmi şəxsin profilini  guya “Twitter”in qaydalarını pozduğu üçün ləğv edib.

Bundan sonra “Twitter” istifadəçiləri  təcili kütləvi aksiya başladaraq haqqın bərpa olunması üçün hərəkətə keçiblər.  Onlar sosial şəbəkənin texniki heyətinə müraciət ünvanlayaraq bunun səhv addım olduğunu bildiriblər. Aksiyadan bir neçə saat keçdikdən sonra  XİN rəhbərinin səhifəsi bərpa edilib.Ölkə.az

 

  •  (0)
  •  (1)