“Türkün iti olmaq daha yaxşıdır, nəinki…” – Ermənistanın baş kəşfiyyatçısından ŞOK SÖZLƏRbackend

“Türkün iti olmaq daha yaxşıdır, nəinki…” – Ermənistanın baş kəşfiyyatçısından ŞOK SÖZLƏR

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (SNB) direktoru Argişti Kyaramyanın göstərişi ilə bir müddətdir ölkədə Rusiya agentlərinin axtarışı aparılır.

Bu barədə erməni şərhçi Vladimir Sarkisyan deyib.

Onun sözlərinə görə, SNB rəhbəri Rusiya agentlərinin axtarışı məsələsində belə bir ifadə işlədib: “Türkün iti olmaq daha yaşıxıdır, nəinki…”.

Bu cümlənin davamı “nəinki Rusiyanın” deməkdir.

Vladimir Sarkisyan kulislərdə işlədilən bu ifadəyə görə SNB rəhbərini tənqid edir, Rusiyanın Ermənistanın təhlükəsizlik zamini olduğunu, yeni hakimiyyətin dövlətə xəyanət etdiyini deyir.

A. Kyaramyanın “Türkün iti olmaq daha yaxşıdır, nəinki…” ifadəsi Ermənistanda hakim komandanın Rusiyaya qatı nifrətini göstərir. Publika

  •  (1)
  •  (0)