Türkmənistanın dövlət baçısından Prezident İlham Əliyevə təbrik məktubu gəlibbackend

Türkmənistanın dövlət baçısından Prezident İlham Əliyevə təbrik məktubu gəlib

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Hokm.az bildirir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

Sizin müdrik rəhbərliyinizlə qardaş Azərbaycan öz dövlətçiliyinin möhkəmlənməsində, beynəlxalq arenada nüfuzunun artmasında və xalqın rifahının yaxşılaşdırılmasında əhəmiyyətli uğurlar qazanıb.

Türkmənistanın Azərbaycanla hərtərəfli əməkdaşlığının indiki səviyyəsini yüksək qiymətləndirərək, ənənəvi qardaşlıq və mehriban qonşuluq münasibətlərimizin inkişafına Sizin şəxsi diqqətinizi və böyük töhfənizi xüsusi qeyd etmək istərdim.

Biz ölkələrimiz arasında zamanın sınağından çıxmış siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələri bundan sonra da genişləndirmək niyyətindəyik. Qəti əminik ki, Türkmənistan-Azərbaycan dövlətlərarası münasibətləri və çoxplanlı tərəfdaşlığı birgə səylərimizlə bundan sonra da xalqlarımızın rifahı naminə durmadan möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti arzulayır, ölkənizin qardaş xalqına isə sülh, tərəqqi və firavanlıq diləyirəm”.

  •  (2)
  •  (0)