Türkmənistanda bu qadağanın müddəti yayadək uzadıldıbackend

Türkmənistanda bu qadağanın müddəti yayadək uzadıldı

Türkmənistanda bu qadağanın müddəti yayadək uzadıldı…

Hokm.az-ın xəbərinə görə, Türkmənistan Hava Yolları koronavirus səbəbiylə bütün beynəlxalq reyslərin ləğvini iyunun 20-dək uzadıb.

 

Bu barədə aviaşirkətin yaydığı məlumatda qeyd olunur.

 

“COVID-19 pandemiyası ilə əlaqədar olaraq, aviaşirkətin bütün beynəlxalq uçuşlarının ləğvi 20 iyunadək uzadılıb”, – açıqlamada deyilir.

 

Daha əvvəl Türkmənistan Hava Yolları mayın 20-dək bütün beynəlxalq uçuşları təxirə saldığını bildirmişdi.

 

Xatırladaq ki, Türkmənistan rəsmiləri ölkədə yeni növ koronavirusa yoluxmanın qeydə alınmadığını bəyan ediblər.Mətbuat.az

  •  (0)
  •  (0)