“Türkiyənin S-400 ilə əlaqədar mövqeyi dəyişməz qalır.” – Ərdoğanbackend

“Türkiyənin S-400 ilə əlaqədar mövqeyi dəyişməz qalır.” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Vaşinqton arasındakı fikir ayrılıqları kontekstində olmaqla ABŞ prezidenti ilə görüşün nəticələrini şərh edib.

Hokm.az Trend-ə istinadən bildirir ki, R.T.Ərdoğan bildirib: “Türkiyənin S-400 tədarükü ilə əlaqədar mövqeyi dəyişməz olaraq qalır. Ölkəmizin mövqeyini cənab Prezident [Cozef Bayden]in diqqətinə çatdırdım. Eyni şey F-35 proqramına da aiddir. İki müttəfiqə və strateji tərəfdaşa layiq olan şəkildə [Bayden] ilə səmərəli və müntəzəm olaraq birbaşa dialoq kanallarından istifadə barədə razılığa gəldik ”

Türkiyə prezidenti qeyd edib ki, Türkiyə-ABŞ münasibətlərində həlli olmayan bir problem yoxdur. O bildirib ki, iki ölkə arasındakı əməkdaşlığın miqyası fikir ayrılığından daha geniş və dəyərlidir.

  •  (0)
  •  (0)