Türkiyənin keçmiş Baş Qərargah rəisi xəstəxanaya yerləşdirildibackend

Türkiyənin keçmiş Baş Qərargah rəisi xəstəxanaya yerləşdirildi

Quşadasındakı malikanəsində dincələn Türkiyənin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Yaşar Büyükanıt xəstəxanaya aparılıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, qəflətən halı pisləşən general dövlət xəstəxanasında həkimlərin nəzarəti altında müalicəyə başlayıb. Büyükanıtın təcili yardım təyyarəsilə İstanbula göndəriləcəyi bildirilib.

Qeyd edək ki, Yaşar Büyükanıtın 79 yaşı var.

Hokm.az

  •  (0)
  •  (0)