Türkiyənin bu şəhərində Polad Həşimovun adına küçə olacaqbackend

Türkiyənin bu şəhərində Polad Həşimovun adına küçə olacaq

Türkiyənin Elazığ şəhərindəki prospekt və küçələrə Tovuz döyüşlərində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun adı veriləcək.

Hokm.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. Qeyd olunub ki, qərar Keban Bələdiyyə sədri Fethiye Altının rəhbərliyi ilə keçirilən tədbirdə açıqlanıb.

Bildirilib ki, belə bir təkliflə Dünya Azərbaycanlıları Platformasının sədri Samir İsgəndəroğlu çıxış edib.

  •  (0)
  •  (0)