Türkiyənin bu ərazilərində yanğın davam edirbackend

Türkiyənin bu ərazilərində yanğın davam edir

Xəbər verdiyimiz kimi, Türkiyənin Adana, Osmaniye, Mersin, Kayseri, Antalya, Aydın, Muğla bölgələrini meşə yanğınları cənginə alıb. Yanğınlar zamanı 3 nəfər həyatını itirib, ağaclar və evlər yanaraq külə dönüb.

Hokm.az xəbər verir ki, Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ölkə daxilində 2 gündə meydana gələn 63 yanğından 42-nin nəzarət altına alındığını, 21-nin davam etdiyini açıqlayıb.

* Adanada 20 yanğından 6-sı davam edir.

* Antalyada 10 yanğından 4-ü davam edir.

* Mersində 7 yanğından 4-ü davam edir.

* Muğlada 4 yanğından 3-ü davam edir.

* Osmaniyedəki 4 yanğından 2-si davam edir.

* Kayserinin Yahyalı rayonunda yanğın davam edir.

* Digər yerlərdəki yanğınlar nəzarət altına alınıb.

Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli bildirib ki, bu savaşda bütün xalq var gücü ilə mübarizə aparmağa davam edir.publika.az

  •  (0)
  •  (0)