Türkiyəli seçicilərin Erdoğana etimadı azalıbbackend

Türkiyəli seçicilərin Erdoğana etimadı azalıb

Türkiyənin Metropoll Araştırma şirkətinin avqust ayında keçirdiyi sorğuda prezident Recep Tayyip Erdoğana “etimad səsi verənlər” 10,1% azalaraq 38%-ə düşüb.

İyul ayında eyni şirkət tərəfindən keçirilən sorğuda Erdoğan 48.1% toplamışdı.

Sorğuda “etimad səsini verməyənlər” isə əvvəlki ayla müqayisədə 4% artaraq 51,5%-ə yüksəlib.

Türkiyə iqtisadiyyatının üzləşdiyi ağır vəziyyət, lirənin dəyər itirməsi R.T. Erdoğanın hakimiyyətinə güvəni azaldıb.

Hokm.az

  •  (0)
  •  (1)