Türkiyənin Turizm naziri Mehmet Ərsoyun həyat yoldaşı Pervin Ərsoy Qars vilayəti ərazisində yerləşən tarixi Ani şəhər xarabalıqlarındakı tikililərdən birində bir qrup şəxslə bərabər mahnı oxuyub.
Hokm.az Yeniavaz.com-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan video görüntüdə Türkiyəli müğənni Aslı Hünelin mahnı oxuduğu, aralarında nazirin həyat yoldaşının da olduğu bir qrup şəxsin isə əl çaldığı görülür.
Bu görüntülər həm Ermənistan, həm də Türkiyədəki sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.
Türkiyədəki sosial şəbəkə istifadəçiləri bildiriblər ki, ölkədə qar uçqunu nəticəsində onlarla insanın öldüyü bir zamanda nazirin həyat yoldaşının bu cür əylənməsi xalqa qarşı hörmətsizlikdir.
Ermənistandan olan sosial şəbəkə istifadəçiləri isə bildiriblər ki, nazirin həyat yoldaşı və ətrafındakılar kilsədə mahnı oxuyaraq erməni xalqına qarşı hörmətsizlik ediblər.
Turizm naziri Mehmet Ərsoyun həyat yoldaşı Pervin Ərsoy isə səslənən tənqidləri qəbul etməyərək bildirib ki, biz sadəcə olaraq kilsənin akustikasını sınaqdan keçirirdik.