Türkiyədən gələn həkimlər bu rayonlara yola düşürbackend

Türkiyədən gələn həkimlər bu rayonlara yola düşür

Türkiyədən gələn həkimlər bu rayonlara yola düşür…..

Hokm.az xəbər verir ki, Türkiyədən koronavirusla mübarizə üçün Azərbaycana gələn həkim heyəti bu gün Gəncəyə yola düşür.

 

Bu barədə proyektin kordinatoru Nəsiman Alılı məlumat verib. N.Alılı azərbaycanlılardan ibarət həkim heyətinin növbəli şəkildə digər rayonlara da gedəcəyini qeyd edib:

 

“Koronavirusa yoluxan xəstələrin mülaicəsi ilə məşğul olmaq üçün Hazırda Gəncəyə gedirik. 19 nəfərlik heyət qrup şəklində bölünərək 4 xəstəxanada işini davam etdirəcək. Gəncədən sonra mərhələli şəkildə Ağdaş, Şəmkir, Goranboy xəstəxanalarında çalışacağıq. Hər rayonda 2 həftə müddətində qalmağı düşünürük”.

 

 

Qeyd edək ki, azərbaycanlı həkimlər aprelin 14-ü Ümumdünya Səhiyyə Təşkilatının (WHO) Azərbaycan ofisi, Ege Univeristeti Xəstəxanası və Azərbaycanlı Həkimlər Dərnəyinin birgə həyata keçirdiyi layihə çərçivəsində Türkiyədən könüllü olaraq, koronavirusa qarşı mübarizədə ölkəmizdəki tibb işçilərinə dəstək olmaq üçün Azərbaycana gəliblər.modern.az

  •  (1)
  •  (0)