Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiyabackend

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın sosial media hesabından etdiyi açıqlamada “Ermənistanın Azərbaycana qarşı hücumunu şiddətlə qınayırıq. Bu hücumların qarşısında Türkiyə Azərbaycanın yanındadır” deyib.

“Ermənistan mülki yaşayış məntəqələrinə hücum edərək atəşkəsi pozub, sülh və sabitliyə qarşı olduğunu bir daha nümayiş etdirib. Beynəlxalq ictimaiyyət bu təhlükəli təxribatı dərhal dayandırmalıdır.

Türkiyə bu hücumlar qarşısında Azərbaycanın yanındadır.

Hücumlarda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir”, – deyə İ.Kalın qeyd edib.

  •  (0)
  •  (0)